MİRBAĞIR İSAYEVİN İSTEFASI QƏBUL OLUNMAYIB?
Paylaş:
Dünən "Neftçi"nin əvəzedici heyətinin baş məşqçisi Mirbağır İsyev səbəbi bilinmədən vəzifəsindən istefa verdi. İstefanın səbəbini klub rəhbərliyindən öyrəndik və vitse-prezident Tahir Süleymanov İsayevin istefasının qəbul olunmadığını bildirdi. Az sonra bizə çatan informasiyada deyilirdi ki, İsayev 21 yaşlılardan ibarət yığma komandanın baş məşqçisi təyin oluna bilər. Xəbərə aydınlıq gətirən gənc məşqçi hələ ona belə bir təklif olunmadığını bildirdi. Süleymanov həmçinin bildirir ki, əgər məşqçi istefasında israr eləsə, onda bu qərarını qəbul etməli olacağıq. Ancaq İsayevin dedikıərindən və ümumi situasiyadan belə nəticəyə gəlmək olar ki, o, 21 yaşlılardan ibarət komandaya keçidə razı olacaq.
Süleymanov Mirbağır İsayevin istefasının səbəbini açqılamasa da, bəzi məlumatlardan belə məntiq çıxarmaq olardı ki, İsayev klub daxilində onun xarakterinə zidd olan bir neçə hadisəyə görə istefa verib. Ancaq bud a dəqiq səbəb deyil.
| Paylaş: