')

Bu gün:


FutbolPress.Az | İLK "ALTILIQ"DA ƏN YAXŞI XAL BALANSI HANSI KOMANDANINDI?

İLK "ALTILIQ"DA ƏN YAXŞI XAL BALANSI HANSI KOMANDANINDI?


oxunma sayı: 722 Paylaş:

Oxuculara bir daha xatırladaq ki, Azərbaycan Premyer-Liqası bu il yeni reqlamentlə keçirilir. "Altılıq" adlandırılan yeni format 4 dövrəli olacaq. Hər dövrə 12 tur. Bu gün isə yarışın ikinci dövrəsinin III turu, ümumilikdə isə XV turun oyunları keçirildi.
Xatırladaq ki, davam etməkdə olan ikinci dövrənin yekununda 12 iştirakçı komanda topladığı xallara əsasən iki "altılığ"a bölünəcək. İlk "altılıq" Premyer Liqanın medalları və avrokubok yarışlarına vəsiqə uğrunda mübarizə aparacaq. Digər "altılıq"da isə komandalar çempionatı tərk etməmək üçün yarışacaqlar.
Yeni reqlamentin ən mübahisəli məqamı da ondan ibarətdi ki, medallar uğrunda döxrələr başlayanda komandalar bunadək "altılığa" düşən rəqiblərindən qazandığı xallarla yarışa davam edəcək. Bu da "qızıl xal" adlanır.
Sizə bu turadək ilk "altılıq"da olan komandaların "qızıl xallar"ın təqdim edirik. Bu hesabda "Xəzər Lənkəran" ən yaxşı nəticəyə malikdi. Digər komandaların nəticələrinə diqqət yetirək:

Hazırki "6-lıq"

1. Xəzər Lənkəran: Bakı - 1:1; 3:0. İnter - 1:0; 1:1. Simurq - 3:0. Qarabağ - 0:1. Qəbələ - 1:1.

2. İnter: Simurq - 1:1. Qarabağ - 2:1. Qəbələ - 3:2. Xəzər Lənkəran - 0:1;1:1. Bakı 1:0; 0:2.

3. Simurq: İnter - 1:1. Qarabağ - 1:0. Qəbələ - 1:2; 1:1. Xəzər Lənkəran - 0:3. Bakı - 2:1; 1:2.

4. Qarabağ: İnter - 1:2. Simurq - 0:1. Qəbələ - 0:0; 1:1. Xəzər Lənkəran - 1:0. Bakı - 1:0.

5. Qəbələ: Simurq - 2:1; 1:1. Qarabağ - 0:0; 1:1. İnter - 2:3. Bakı - 0:2. Xəzər Lənkəran - 1:1.

6. Bakı: İnter - 0:1; 2:0. Xəzər Lənkəran - 1:1; 0:3. Qəbələ - 2:0. Qarabağ - 0:1. Simurq - 1:2; 2:1.

1. Xəzər Lənkran - 12
2. İnter - 11
3. Bakı - 10
4. Simurq - 8
5. Qarabağ - 8
6. Qəbələ - 7


oxunma sayı: 722 | Paylaş:




?>