')

Bu gün:


FutbolPress.Az | "BAKI" ÜÇÜN UĞURLU, "NEFTÇİ" ÜÇÜN İFŞA TURU

"BAKI" ÜÇÜN UĞURLU, "NEFTÇİ" ÜÇÜN İFŞA TURU


oxunma sayı: 689 Paylaş:

Bu gün futbol üzrə ölkə çempionatının XV turuna yekun vurulub. Turun mərkəzi qarşılaşması Zaqatalada yerli "Simurq"la Premyer-Liqanın son qalibi "Bakı" arasında idi. Bülənt Qorxmazın baş məşqçisi olduğu paytaxt təmsilçisi bu oyunda qalib gəlməklə "altılıq"da yerini bir qədər də möhkəmlətdi. Bu, "Simurq"un doğma meydanda 8 aylıq məğlubiyyətsizlik seriasının sonu olub.
Son vaxtlar zəif təsir bağışlayan "Neftçi" Salyan səfərindən iki xallıq itkiylə qayıdıb. Avrokubok yarışlarına iddialı olan komanda autsayder qarşısında aciz olub- 2:2.
İlk "altılıq"da hələ ki ən yaxşı xal balansına malik olan "Xəzər Lənkəran" səfərdə "Turan"ı çətinliklə məğlub edə bilib. Premyer-Liqanın lideri "Qarabağ" isə "Standard"la qarşılaşmadan 3 xalla ayrılmaqla mövqeyini bir qədər də möhkəmlədib.

13 dekabr

14:00 "Turan" - "Xəzər-Lənkəran" - 1:2
Qollar: Ruslan Abbasov, 62 - Juninyo Osvaldo, 53; İvan Svetkov, 64
Tovuz. Şəhər stadionu
İlk dövrədəki oyun - 1:1

14:00 "Muğan" - "Neftçi" - 2:2
Qollar
: Edil Adiloviç, 39; Əkrəm Hodziç, 66 - Adrian Neaqa, 16 (pen); Marian Aliuta, 83
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun - 2:0

14:00 "Qəbələ" - "Karvan" - 1:0
Qol:
Razvan Tarlea, 31
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
İlk dövrədəki oyun - 1:4

14:15 "Standard" - "Qarabağ" - 0:1
Qol:
Əfran İsmayılov, 55
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun - 0:1

16:00 "Olimpik-Şüvəlan" - "İnter" - 0:1
Qol:
Girt Karlsons, 47
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun - 2:2

18:00 "Simurq" - "Bakı" - 1:2
Qollar:
Ruslan Qunçak, 44 (pen) - Luis Fabio Ramim, 5; Aleksandr Soliç, 65
Zaqatala. "Simurq" stadionu
İlk dövrədəki oyun - 2:1


1 Qarabağ 15 10 3 2 16:8 33
2 İnter 15 9 3 3 26:15 30
3 Xəzər L. 15 8 5 2 21:9 29
4 Bakı 15 8 2 5 16:14 26
5 Qəbələ 15 7 5 3 18:15 26
6 Simurq 15 7 5 3 18:13 26
7 Neftçi 15 7 4 4 16:12 25
8 Olimpik Ş. 15 3 4 7 16:18 16
9 Muğan 15 3 4 8 10:21 13
10 Turan 15 3 3 9 18:23 12
11 Standard 15 1 3 11 14:26 6
12 Karvan 15 1 3 11 10:24 6


oxunma sayı: 689 | Paylaş:




?>