')

Bu gün:


FutbolPress.Az | "FƏNƏRBAĞÇA"DAKI SEKS SKANDALI BÖYÜMƏKDƏDİ

"FƏNƏRBAĞÇA"DAKI SEKS SKANDALI BÖYÜMƏKDƏDİ


oxunma sayı: 480 Paylaş:

Türkiyə mətbuatını məşğul edən "Fənərbağça"dakı seks skandalı digər klublara da siraət etməkdədi. Qısaca bildirək ki, son günlər qonşu ölkə mediası "Fənərbağça"da bir futbolçunun gecə klubunda əylənərkən yaxalandığı və adı açıqlanmayan saxlanan futbolçunun rəhbərlik tərəfindən cəzalandırılacağı barədə xəbərlər yaydı.

Xəbərlərdə deyilir ki, "Sarı Lacivərtlilər"in rəhbərliyi araşdırma aparıb və iddia edib ki, gecə klublarında əylənən təkcə onların futbolçusu olmayıb.
Bundan sonra xəbərin qaynağını axtaran media müəyyənləşdirib ki, digər klub "Beşiktaşdı".

Qısa axtarışlardan sonra media artıq həmin futbolçunun adını da açıqlayıb. Bu "Qara qartal"ın italiyalı legioneri Matteo Ferraridi. Artıq kıub rəhbərliyi futbolçuya son xəbərdarlıq edib və komandanın intizam məsələlərinə məsul olan klub rəsmiləri Erol Kaynar və Berk Əkşioğluna bu istiqamətdə lazımi araşdırmalar aparmaq tapşırığı verilib.

Bu arada məlum olub ki, "Fənərbağça" rəhbərliyi məsələylə bağlı xüsusi toplantı keçirəcək. Toplantıda sözügedən problemlə əlaqədarı daha təkmil qaydalar müəyyənləşdirmək və futbolçuları ciddi şəkildə xəbərdar etmək planlaşdırılır.


oxunma sayı: 480 | Paylaş:




?>