')

Bu gün:


FutbolPress.Az | PÜŞK ATILDI: VOLEYBOLÇULARIMIZIN RƏQİBLƏRİ MƏLUMDU

PÜŞK ATILDI: VOLEYBOLÇULARIMIZIN RƏQİBLƏRİ MƏLUMDU


oxunma sayı: 450 Paylaş:

Avropa Voleybol Konfederasiyasının keçirdiyi "Çağırış" kuboku uğrunda yarışın 1/16 final mərhələsinin püşkü atılıb. Azərbaycanın kişilərdən ibarət "Azərneft" komandası İsveçrənin "Volley" klubu ilə mübarizə aparacaq. "Çağırış"dakı qadın komandamız, "Lokomotiv" isə tanış rəqiblə qarşılaşacaq. Belə ki, "dəmiryolçular" CEV kubokunun 1/16 finalında "Rabitə"nin üstələdiyi (3:1; 3:1) "İmpel Qvardiya"nı sınağa çəkəcək.

Püşkatmanın maraqlı məqamı odur ki, CEV kubokunda ölkəmizin şərəfini qoruyan "Azərreyl" və "Rabitə" klublarının rəqibləri öncədən bəlli idi. Əgər təmsilçilərimizin hər ikisi uğur qazanarsa, onda azarkeşlər 1/4 finalda "Azərreyl" - "Rabitə" dueli izləyəcəklər.

"Çağırış" kuboku, 1/16 final

Kişilər
"Volley" (İsveçrə) - "Azərneft"
Cütün qalibi 1/8 finalda ya Finlandiyanın "Perunqan Poyat", ya da Ukraynanın "Lokomotiv" komandası ilə qarşılaşacaq.

Qadınlar
"İmpel Qvardiya" (Polşa) - "Lokomotiv"
Cütün qalibi 1/8 finalda ya İsveçrənin "Santi", ya da Rumıniyanın "Unik LPS" komandası ilə qarşılaşacaq.

CEV kuboku, 1/8 final
Qadınlar
"Azərreyl" - "Əczaçıbaşı" (Türkiyə)

Cütün qalibi 1/4 finalda ya Fransanın "Roşevill", ya da Bakının "Rabitə" komandası ilə qarşılaşacaq.

"Roşevill" (Fransa) - "Rabitə"
Cütün qalibi 1/4 finalda ya Bakının "Azərreyl", ya da Türkiyənin "Əczaçıbaşı" komandası ilə qarşılaşacaq.

Qeyd: İlk oyunlar 2010-cu ildə 5-7 yanvar, cavab görüşləri isə 12-14 yanvar aralığında keçiriləcək.


oxunma sayı: 450 | Paylaş:




?>