')

Bu gün:


FutbolPress.Az | AFFA DEYİR, QALDI BU İLDƏ BERTİ (ŞER)

AFFA DEYİR, QALDI BU İLDƏ BERTİ (ŞER)


oxunma sayı: 961 Paylaş:

"Bosman" fanklubunun rəsmi saytında Azərbaycanm milli komandasının baş məşqçisi Berti Foqtsa həsr olunan şeir yerləşdirilib. Həmin şeiri təqdim edirik.

AFFA deyir, qaldı bu il də Berti,
Davam etsin futbolumun smerti.
Neyləyirik inkişaf ya, tərəqqi,
Berti üçün bunun heç yoxdu fərqi.

Aftafayla təzyiq etdi yazarlar,
Belə yazarları bil ki, pozarlar.
Kimə lazım ölkəmizin futbolu,
Bir oyunda buraxsın neçə qolu.

Təki Bertinin xətrinə dəyməyək,
Ona olan ümidləri əyməyək.
Kişi alman dilində futbol bilir,
Çağırdığın sabah heyətdən silir.

Daha qalmadı bizdə bir futbolçu,
Həm əcnəbi, həm yerli milli yolçu.
Çağırdılar milliyə kim gəldisə,
Naşı ya da oynamağı bildisə.

Dünyada görünməyib belə üsul,
"İnkişafa" aparan dəhşətli yol.
Belə bir yol bizim paya düşübdü,
Futbol da ölkəmizdən, sürüşübdü.

Nədir bunun çarəsi ay başlılar?
Futbolumuzu anlayan yaşlılar!
Sizin səsiz indi əgər çıxmasa,
O vaxtacan Berti bizi yıxmasa.

Dünyada bir ilkə imza atarıq,
Futbolsuz bir ölkə kimi yatarıq.
Oyada bilməz nə FİFA, UEFA,
Nə də təmiz, sərin sulu aftafa.

Filan məşqçi, mətbuatı saymadı,
Qatılmadı, bizə hörmət qoymadı.
AFFA da kəsdi ona çox sərt cəza,
Yazığı tuş gətirdilər qappaza.

Berti çıxdı konfransda meydana,
Səpələndi yazar, o yan bu yana.
Niyə bu məşqçiylə o biri fərqli?
Çün o avropalı biz isə şərqli?

Sözün deyən indi nöşün susmalı?
Onda götür ağlamaqçun dəsmalı.
O qədər ki, ağlayaq üryan olaq,
Dərd bizi qovursun da büryan olaq.
Aciz olaq, bədbəxr olaq, xar olaq,
Ən geridə qalmışlara yar olaq.


oxunma sayı: 961 | Paylaş:




?>