HƏR ÜÇ KLUBUMUZ AVROKUBOKDA MƏRHƏLƏ ADLADI
Paylaş:
Bu gün paytaxtımızda "Çağırış" kubokunun ikinci mərhələsinin iki cavab görüşü keçirilib. Bakı İdman Sarayında kişilərdən ibarət "Azərneft" Yunanıstanın "Foinikas" klubunu 3:1 (25:20; 25:23; 19:25; 25:14) (ilk oyun 2:3) hesabıyla məğlub edib. Qadınlardan ibarət "Lokomotiv" komandası isə İsrailin RAANANA klubunu quru hesabla məğlub edərək növbəti mərhələyə yüksəlib- 3:0 (25:19; 25:17; 25:12). Xatırladaq ki, dünən Bakı İdman Sarayında çıxış etmiş "Azərreyl" CEV kubokunun 1/8 finalına vəsiqə qazanıb.
| Paylaş: