')

Bu gün:


FutbolPress.Az | YOAHİM LÖV YENƏ İTİRDİ

YOAHİM LÖV YENƏ İTİRDİ


oxunma sayı: 138 Paylaş:

İyunun 7-də AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla qarşılaşacaq Almaniya millisi 2 ciddi itki ilə üzləşib. Baş məşqçi Yoahim Löv sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda Sami Xedira və Simon Rolfesin xidmətindən yararlana bilməyəcək.

Rolfes bu günlərdə əzələsini dartıb. "Real"ın yarımmüdafiəçisi Sami Xedira isə oyuna hazır olsa da, almaniyalı mütəxəssis zədədən dönən futboçuya istirahət vermək qərarına gəlib. Bunların əvəzinə 2 yeni futbolçunu düşərgəyə çağırıb - "Maynts"dan Lyuis Xoltbi və "Hoffenhaym"dan Sebastiyan Rudi.

Azərbaycan - Almaniya görüşü saat 22:00-da start götürəcək.


oxunma sayı: 138 | Paylaş:




?>