')

Bu gün:


FutbolPress.Az | "LİVERPUL"UN TRANSFER SİYAHISINDA KİMLƏR VAR?

"LİVERPUL"UN TRANSFER SİYAHISINDA KİMLƏR VAR?


oxunma sayı: 157 Paylaş:

"Liverpul" "Nyukasl"la müqaviləsinin bitməsinə 1 il qalan Joze Enrike üçün 9 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Yeni mövsümdə 84 milyon avroluq transfer büdcəsi ilə heyətini gücləndirməyi hədəfləyən Mersisayd təmsilçisinin idman direktoru Damien Komolli 25 yaşlı futbolçunu da siyahıya daxil edib.

Klub rəsmisi "Aston Villa"dan Styuart Douninq, "Blekbern"dən Fil Cons və "Blekpul"dan Çarli Adama 47 milyon avro xərcləmək istəyir. Komollinin siyahısında Yordan Henderson ("Sanderlend", təxminən 17 milyon avro) və Konnor Vikhem də ("İpsviç", təxminən 11 milyon avro) yer alıb.

Digər tərəfdən "Liverpul"un Daniel Aqqerlə yollarını ayıracağı bildirilir. "Hamburq" və "Malqa"nın da yaxından maraqandığı danimarkalı müdafiəçinin "Bayer"dən gələn 11 milyon avroluq qarşılığında komandadan göndəriləcəyi deyilir.


oxunma sayı: 157 | Paylaş:




?>