')

Bu gün:


FutbolPress.Az | RƏŞAD MƏCİD: FOQTSLA HEÇ NƏYƏ NAİL OLA BİLMƏYƏCƏYİK

RƏŞAD MƏCİD: FOQTSLA HEÇ NƏYƏ NAİL OLA BİLMƏYƏCƏYİK


oxunma sayı: 144 Paylaş:

"Yığmanı Qurban Qurbanova verməyin vaxtıdı"

"Təəssüf ki, Qazaxıstanla oyuna baxa bilmədim. Amma nəticədən xəbərim var". Bu sözləri "525-ci qəzet"in baş rekdaktoru Rəşad Məcid deyib. Azərbaycan Yazıçılar Birliyinin katibi məğlubiyyətin səbəbləri barədə danışıb: "Məncə, futbolda ruh əsas amildi. Ürəklə, şüvqlə oynamaq lazımdı. Yığmamızda bu çatmır. Bu da nəticəyə təsir edir. Komandada qələbə əzmi olsaydı, Qazaxıstanı udmaq olardı".

Rəşad bəy Foqtsun Azərbaycan mentalitetini bilmədiyini deyib: "Foqtsun günahı odu ki, o, Azərbaycan, Şərq mentalitetini ümumiyyətlə bilmir. Ruhdan xəbəri yoxdu. Məncə, bizim komandaya psixoloji ruh vermək lazımdı ki, Foqts onu bilmir. O, Almaniyadan gəlib və bu hissi komandamıza aşılaya bilmir. Peşəkar məqamları bilmirəm, amma həvəskar kimi gəldiyim qənaət budu".

Yazıçılar Birliyinin katibi Almaniya ilə görüşdə maraqlı oyun gözləyir: "Hesab edirəm ki, futbolçularımızda qələbə əzimi olsa, Almaniya ilə oyunu maraqlı etmək olar. Taktika, peşəkarlıq baxımından təbii ki, biz Almaniyaya qalib gələ bilmərik. Məsələn, "Qarabağ"ın Avropa Liqasında göstərdiyi uğurlu oyunun 70 faizi komanda ruhunun, azarkeş dəstəyinin hesabına olub. Təəssüf ki, bu bizim yığmada yoxdu".

Rəşad bəy yığmanın yerli mütəxəssisə tapşırılmasını istəyir: "Mən elə bilirəm ki, yığmanı Qurban Qurbanova verməyin vaxtıdı".
Onun fikrincə, Foqtsun baxışları Azərbaycan futbolunun inkişafına təkan vermir: "Azərbaycan futbolunun uğuruna başqa tərəfdən yanaşmaq lazımdı. Amma Foqtsun baxışı ilə heç nəyə nail ola bilməyəcəyik. Onun baxışları Azərbaycan futbolunun inkişafına tərsdi".

O, jurnalistlərin etiraz aksiyasına da münasibət bildirib: "Jurnalistlərin etiraz aksiyasından xəbərim var. Məncə, o cür qeyri-etik addımlara da ehtiyac yoxdu. Bunu jurnalistlərin etməsi düzgün deyil. Azarkeşlərin etməsi başqadı. Mətbuat fikirlərini yazılarında bildirsələr, daha yaxşı olar. Foqts Azərbaycan futbolçusunu başa düşmədiyi kimi mətbuatı da anlamır. Yazılanları oxuya bilmədiyi üçün ironiyanı, narahatçılığı başa düşmür. Amma belə bir aksiyanın tərəfdarı deyiləm".


oxunma sayı: 144 | Paylaş:




?>