')

Bu gün:


FutbolPress.Az | PREMYER LİQANIN ƏN İNTİZAMLI VƏ İNTİZAMSIZ KLUBUNUN ADI AÇIQLANDI

PREMYER LİQANIN ƏN İNTİZAMLI VƏ İNTİZAMSIZ KLUBUNUN ADI AÇIQLANDI


oxunma sayı: 146 Paylaş:

"Gəncə"nin futbolçuları "qara siyahı"da

Azərbaycan Premyer Liqasında ötən mövsümün yekunlarına əsasən ən intizamlı komanda Ağdamın "Qarabağ" klubudu. 32 tur ərzində 32 dəfə sarı vərəqə ilə cəzalandırılan "Qarabağ" futbolçuları mövsümü qırmızı vərəqəsiz başa vurub.

2010/2011-ci il mövsümünün ən intizamsız komandası isə "Bakı" klubudu. Paytaxt komandası cari mövsümdə keçirdiyi Premyer Liqa oyunlarında 67 sarı vərəqə alıb və 7 dəfə qırmızı vərəqə ilə cəzalanıb.

Ötən mövsüm üçün Unibank Premyer Liqasının ən intizamsız futbolçuları da məlumdu. "Gəncə" gürcüstanlı legioneri Zura Dzamsaşvili mövsüm ərzində 12 dəfə sarə vərəqə ilə cəzalandırılıb. Onun komanda yoldaşı Ramal Hüseynov və "Bakı"nın müdafiəçisi Əziz Quliyev ötən mövsümdə hərəyə iki dəfə qırmızı vərəqə alıblar.


oxunma sayı: 146 | Paylaş:




?>