')

Bu gün:


FutbolPress.Az | UEFA PREZİDENTİ MƏRDƏKANDA QIZIN SAÇLARINI KƏSDİ?

UEFA PREZİDENTİ MƏRDƏKANDA QIZIN SAÇLARINI KƏSDİ?


oxunma sayı: 204 Paylaş:

Bu gün Mərdəkan qəsəbəsində "Dalğa Arena" stadionun açılış mərasimi keçirilib. Arenanın qırmızı lentini FİFA prezidenti Yozef Blatter, UEFA rəhbəri Mişel Platini və AFFA prezidenti Rövnəq Abdullayev birlikdə kəsərək, rəsmi açılışı həyata keçirib.

Platini qırmızı lenti kəsməzdən öncə, sinidə qayçı gətirən qızın saçlarını kəsmək istəyərək, mərasim iştirakçılarının üzündə təbəssüm yaradıb. Daha sonra FİFA, UEFA və AFFA prezidentləri kompleksi gəziblər.

Onlar "Dalğa Arena" stadion kompleksində yerləşən süni örtüklü böyük meydan, uşaqlar üçün kiçik meydançalar və çimərlik futbolu üçün nəzərdə tutulmuş meydanla tanış olublar.


oxunma sayı: 204 | Paylaş:




?>