')

Bu gün:


FutbolPress.Az | CİNGİZ ƏHMƏDOV: FOQTS MİLLİ KOMANDAMIZI MƏHV EDİB

CİNGİZ ƏHMƏDOV: FOQTS MİLLİ KOMANDAMIZI MƏHV EDİB


oxunma sayı: 182 Paylaş:

"Berti Foqtsu çoxdan dəyişmək lazım idi. Çünki o, milli komandamızı məhv edib. Yığmamız bütün cəhətlərinə görə zəifləyib. Deyə bilmərəm ki, yığma inkifaş edib. Əksinə çox zəifləyib. Komanda da elə bil ki, uşaqlar oynayır. Foqts gələndən sonra yığmamız həddindən artıq zəifləyib. Azərbaycanda futbol yox dərəcəsindədi. Foqtsun Azərbaycana heç bir xeyri yoxdu". Bu sözləri tanınmış aktyor Çingiz Əhmədov deyib.

Futbol azarkeşi olan aktyor yığmanın yerli mütəxəssisə tapşırılmasını istəyir: "Foqtsun əvəzinə yerli mütəxəssislərə üstünlük vermək lazımdı. Məncə, Ağasəlim Mircavadov kimi təcrübəli məşqçimiz yığmanın baş məşqçisi olsaydı, millimiz çox qabağa gedərdi. O cür məşqçinin qədrini bilmirlər. Yığma mütləq yerli mütəxəssisə verilməlidi. Bu lazımdı və labüddü".


oxunma sayı: 182 | Paylaş:




?>