')

Bu gün:


FutbolPress.Az | FRANSIZ MÜTƏXƏSSİSİN "QARBALAYA" GÖZÜ DÜŞÜB

FRANSIZ MÜTƏXƏSSİSİN "QARBALAYA" GÖZÜ DÜŞÜB


oxunma sayı: 158 Paylaş:

Yeni mövsümün hazırlıqlarına başlayan "Arsenal" Premyer Liqadakı rəqibləri - "Liverpul", "Tottenhem" və "Nyukasl"ın da yaxından maraqlandığı "Lill"in forvardı Cervinyonu transfer etmək istəyir.

Bu mövsüm Fransa çempionatının qalibi "Lill"in uğur qazanmasında böyük pay sahibi olan təcrübəli futbolçu üçün "Liverpul"11 milyon avro təklif etmişdi. Ancaq bu təklifi rədd edən fransızlar onu 15 milyon avrodan aşağı qiymətə satmayacaqlarını açıqlayıb.

Cervinyonun performansından çox xoşu gələn "topçular"ın baş məşqçisi Arsen Venger onu komandaya cəlb etmək üçün 17 milyon avrolarından keçəcəklərini bildirib. 24 yaşlı hücumçu bu mövsüm "Lill"in heyətində 40 oyunda iştirak edib, rəqib qapılarından 15 top keçirib.


oxunma sayı: 158 | Paylaş:




?>