FOQTS DA QOMESİN "MIXINA" KEÇƏCƏK?!
Paylaş:
AVRO-2012-nin seçmə mərhələsində Azərbaycanın rəqiblərindən olan Almaniya yığmasının hücumçusu Mario Qomes Bakıdakı oyun öncəsi fikirlərini bölüşüb. "Bayariya"nın forvardı sabah keçiriləcək qarşılaşma ilə bağlı bunları deyib: "Avstriya ilə oyunda dubl edərək komandama qələbə qazandırdım. Bu, çox xoş təəssürat idi. İnanıram ki, Azərbaycanla oyunda da qol vuracam. Dəqiq oynasaq, sevinə bilərik. Belə olan halda biz həm də erkən uğura imza atmış olacağıq. Amma aydın məsələdi ki, bu haqda yalnız oyundan sonra danışa bilərik".
3 gün öncə Vyanada keçirilən matçda Qomes Avstriya millisinin qapısına 2 qol vuraraq Bundestimə vacib qələbə qazandırmışdı.
| Paylaş: