KARLO ANCELOTTİNİN İŞSİZ GÜNLƏRİ BİTDİ
Paylaş:
"Çelsi"nin sabiq baş məşqçisi Karlo Ancelotti cümə günü "Asaton Villa" ilə müqavilə imzalaya bilər. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb. Məlumatda bildirilir ki, klubun sahibi Rendi Lerner italiyalı mütəxəssisi komandanın başına gətirəcək. Ancelotti "Aston Villa"ya çalışdırıcı təyin olunarsa, o zaman klubun yollarını ayırmaq istədiyi Eşli Yanq və Styuart Douininqin transfer işinə yenidən baxılacaq. Lernerin bu həftə Birmingemə gedib Karlo ilə görüşərək bu məsələyə son qoyacağı gözlənilir. "Aston Villa" ötən günlərdə ürək tutmasından əziyyət çəkən baş məşqçi Jerar Ulyeni komandadan göndərmişdi.
| Paylaş: