')

Bu gün:


FutbolPress.Az | BLATTER VƏ PLATİNİ PREZİDENTİN QƏBULUNDA

BLATTER VƏ PLATİNİ PREZİDENTİN QƏBULUNDA


oxunma sayı: 109 Paylaş:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev FİFA prezidenti Yozef Blatter və UEFA prezidenti Mişel Platinini qəbul edib. Dövlət başçısı Blatteri növbəti dəfə FİFA-nın prezidenti seçilməsi münasibətilə təbrik edib və bu yüksək posta seçildikdən sonra ilk səfərini Azərbaycana etməsinin önəmini bildirib.

Prezident İlham Əliyev Yozef Blatteri dünya futbol ictimaiyyətinin böyük dəstəyi ilə FİFA-nın prezidenti seçilməsinə toxunaraq, bunu onun rəhbərliyi ilə FİFA-nın səmərəli fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.

Azərbaycan futbolunun 100 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün ölkəyə səfər etdiyinə görə Yozef Blatterə təşəkkürünü bildirən İlham Əliyev onun səfərinin maraqlı və uğurlu olacağına əminliyini bildirib.

FİFA-nın prezidenti Yozef Blatter Azərbaycan yenidən səfər etməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycan futbolunun 100 illiyi münasibəti ilə keçirilən tədbirlərdə iştirak etmək üçün Bakıya dəvət olunduğuna görə dövlət başçısına minnətdarlığını bildirib.

Yozef Blatter və Mişel Platini Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim ediblər.


oxunma sayı: 109 | Paylaş:




?>