TOFİQ BƏHRƏMOVUN GÜLDÜRDÜYÜ VƏ AĞLATDIĞI FUTBOLÇULAR BAKIDA (VIDEO)
Paylaş:
Azərbaycan futbolunun 100 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün bir çox xarici ölkədən Bakıya qonaqların gələcəyi barədə xəbər vermişdik. Qonaqların arasında ingiltərəli futbol veteranı Ceff Herst və almaniyalı futbol veteranı Hans Tilkovski də olacaq. Hər iki veteran futbolçu iyunun 6-da, saat 15:30-da Respublika stadionunun qarşısında Tofiq Bəhramovun abidəsini ziyarət edəcək, mərhum hakimin ailə üzvləri ilə xatirə şəkli çəkdirəcək. 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə yığmasının vurduğu və məhz Tofiq Bəhramovun oyunun baş hakiminə işarəsindən sonra hesaba alınmış qolun müəllifi Ceff Herst olub. Həmin oyunda Almaniya millisinin qapısını isə Hans Tilkovski qoruyub.
| Paylaş: