')

Bu gün:


FutbolPress.Az | PORTUQALİYA NORVEÇ SƏDDİNİ 1 QOLLA KEÇDİ   (NƏTİCƏLƏR)

PORTUQALİYA NORVEÇ SƏDDİNİ 1 QOLLA KEÇDİ  (NƏTİCƏLƏR)


oxunma sayı: 232 Paylaş:

Pavlyuçenko "qardaşına" acımadı

Bu gün AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində daha bir neçə oyun keçirilib. 4 qrupda 9 qarşılaşma oynanılıb. B qrupunda Rusiya doğma meydanda Ermənistanla üz-üzə gəlib və rəqibini 3:1 hesabı ilə məğlub edib. Slovakiya Andorranı minimal hesabla üstələyib. Makedoniya isə evdə İrlandiyanı qəbul edib. Robbi Kinin dublu irlandlara qələbə qazandırıb.

F qrupunda Latviya İsraillə qarşılaşıb. "Bakı"nın baş məqşçisi Aleksandr Starkovun çalışdırdığı Baltikyanı təmsilçisi qonaqlarla oyunda məğlubiyyətlə üzləşib. Yunanıstan Maltaya heç bir şans verməyib və meydandan 3:1 hesablı qələbə ilə ayrılıb.

G qrupunun hazırki lideri İngiltərə İsveçrənin müqavimətini qıra bilməyib. Matç məhsuldar heç-heçə ilə bitib - 2:2. İngilislərin əsas izləyicisi Çernaqoriya isə Bolqarıstanla bərabərə qalıb.

H qrupunda autsayder İslandiya Danimarka ilə qarşılaşmada ilk qələbəsinə qovuşmağı hədəfləmişdi. Ancaq qonaqlar buna imkan vermədi. Nəticədə, Danimarka 2 cavabsız qolla 3 xala sevindi. Portuqaliya isə doğma meydanda qrupun hazırki lideri Norveçlə qarşılaşıb. Poştiqanın vurduğu qol Pireney təmsilçisinə uğur gətirib.

AVRO-2012-nin seçmə mərhələsi

4 iyun

B qrupu

Rusiya - Ermənistan - 3:1
Qollar:
Roman Pavlyuçenko, 26; 59; 73 (pen) - Markos Pitselli, 25

Slovakiya - Andorra - 1:0
Qol:
Miroslav Karhan, 63

Makedoniya - İrlandiya - 0:2
Qollar:
Robbi Kin, 8; 37

F qrupu

Latviya - İsrail - 1:2
Qollar:
Aleksandr Sauna, 62 - Yossi Benayun, 19, Tal Ben Haim, 43

Yunanıstan - Malta - 3:1
Qollar:
Fetafatsidis, 8; 64, Papadopulos, 26 - Mifsud, 54

G qrupu

İngiltərə - İsveçrə - 2:2
Qollar:
Lampard, 37 (pen), Eşli Yanq, 51 - Barnetta, 32; 35.

Çernoqoriya - Bolqarıstan - 1:1
Qollar:
Caloviç, 53 - Popov, 66.

H qrupu

İslandiya - Danimarka - 0:2
Qollar:
Şene, 60, Eriksen, 75

Portuqaliya - Norveç - 1:0
Qol:
Poştiqa, 53


oxunma sayı: 232 | Paylaş:




?>