')

Bu gün:


FutbolPress.Az | ÖLKƏ FUTBOLUNDA QALMAQAL

ÖLKƏ FUTBOLUNDA QALMAQAL


oxunma sayı: 208 Paylaş:

İtaliya futbolunda yenə danışılmış oyunlarla bağlı qalmaqal ortaya çıxıb. Ötən həftə "Latsio"nun keçmiş kapitanı Cüzeppe Sinyorinin həbsindən sonra "Roma"nın futbolçusu Daniele de Rossinin də adı oyun alqı-satqısında hallanır. Ancaq Rossi ittihamları təkzib edib.

Ötən həftə Sinyori də daxil olmaqla 16 nəfər həbs olunmuşdu. Saxlanılanların dindirilməsi zamanı ortaya maraqlı adlar çıxıb. Bunlardan biri də "Ankona" klubunun sabiq rəhbərlərindən biri Marko Piranidi. O, başa çatan mövsümdə A seriyasında keçirilən 4-5 görüşün nəticəsinin öncədən müəyyənləşdiyini bəyan edib.

İtaliya Futbol Federasiyasının rəsmiləri yeni mövsümün proqramı bəlli olana qədər araşdırmaların başa çatmasını istəyir. Yəni, nöbvəti mövsüm öncəsi bəzi klubların sərt cəzaya məruz qalacağı istisna olunmur.

Bir neçə il öncə İtaliya futbolunda danışılmış oyunlarla bağlı böyük qalmaqal yaşanmışdı. Nəticədə, bir neçə nüfuzlu klub sərt cəzalanmış, o cümlədən "Yuventus" B seriyasına qovulmuşdu.


oxunma sayı: 208 | Paylaş:




?>