')

Bu gün:


FutbolPress.Az | OKEANIN O TAYI SATMIR, BU TAYI İSRAR EDİR

OKEANIN O TAYI SATMIR, BU TAYI İSRAR EDİR


oxunma sayı: 268 Paylaş:

Premyer Liqada çıxış edən "Tottenhem" Braziliyanın "İnternasional" klubunun forvardı Leandro Damiaonu transfer etməkdə israrını davam etdirir. İngiltərə təmsilçisi gənc futbolçu üçün 11 milyon avro ödəməyə hazır olduğunu bildirmişdi. Ancaq qarşı tərəf bu təklifi rədd etmişdi.

Daha sonra məbləği 13,5 milyon avroya qaldıran Londonlu rəsmilər "İnternasional"ın qərarını gözləyir. Braziliya klubunun prezidenti Ciovanni Luici mətbuata açıqlamasında deyib: "Onların bizə təklif göndərməsi düzdü. Futbolçunu bu mövsüm satmaq niyyətində olmadığımızı bildirdim. Ancaq ingilislər israr edir. Mən də Damiaonu yalnız yüksək məbləğ qarşılığında komandadan ayrılacağı haqda onları məlumatlandırdım".

"İnternasional" rəhbərliyinin Leandro Damiaoya 19 milyon avro qiymət qoyduğu bildirilir.


oxunma sayı: 268 | Paylaş:




?>