')

Bu gün:


FutbolPress.Az | ALMANİYA FOQTSA DİVAN TUTMAĞA GƏLİR (VİDEOLAR)

ALMANİYA FOQTSA DİVAN TUTMAĞA GƏLİR (VİDEOLAR)


oxunma sayı: 92 Paylaş:

AVRO-2012-nin seçmə mərhələsində növbəti oyunlar keçirilib. Azərbaycan yığmasının da meydana çıxdığı A qrupunun daha iki cütlüyündə rəqiblər münasibətlərinə aydınlıq gətirib. Qrupda rəqib tanımayan Almaniya millisi səfərdə Avstriyanın qonağı olub. Mario Qomesin dublu Bundestimə inamlı qələbə qazandırıb. İkincilik uğrunda mübarizədə isə Belçika və Türkiyə yığmaları üz-üzə gəlib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, qonaqlar Burak Yılmazla oyuna tarazlıq gətirib və tərəflər hərəyə 1 xalla kifayətlənib.

AVRO-2012-nin seçmə mərhələsi

3 iyun

A qrupu

Avstriya - Almaniya - 1:2
Qollar:
Arne Fridrix, 50 (avtoqol) - Mario Qomes, 44; 90


Belçika - Türkiyə - 1:1
Qollar:
Marvin Oqunjimi, 4 - Burak Yılmaz, 22



oxunma sayı: 92 | Paylaş:




?>