')

Bu gün:


FutbolPress.Az | "SEVİLYA" 3-CÜ TRANSFERİNİ RƏSMİLƏŞDİRDİ

"SEVİLYA" 3-CÜ TRANSFERİNİ RƏSMİLƏŞDİRDİ


oxunma sayı: 107 Paylaş:

Bu mövsüm La Liqanı 5-ci pillədə tamamlayan "Sevilya" aşağı liqa təmsilçisi "Rayo Vallekano"nun futbolçusu Xorxe Anduyar Morenonu transfer edib. Təcrübəli forvard yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

"Koke" ləqəbli Moreno bu yay andalusiyalıların heyətinə cəlb olunan 3-cü oyunçu oldu. Bundan əvvəl Piotr Troçovski və Manu del Moralın keçidi həll olunmuşdu. İspaniya mətbuatının verdiyi xəbərə görə, "Sevilya" futbolçu üçün "Rayo Vallekano"ya 2 milyon avro ödəyib.

24 yaşlı Moreno "Rayo Vallekano" məktəbinin yetirməsidi. 2007-ci ildən əsas komandada çıxış edir. 


oxunma sayı: 107 | Paylaş:




?>