')

Bu gün:


FutbolPress.Az | VİTALİ RƏHİMOV LONDON OLİMPİADASINI DÜŞÜNÜR

VİTALİ RƏHİMOV LONDON OLİMPİADASINI DÜŞÜNÜR


oxunma sayı: 346 Paylaş:

FutbolPress: Yunan-Roma güləşi üzrə yığma komandanın üzvü Vitali Rəhimov (60 kq) 2012-ci ildə İngiltərənin paytaxtı Londonda keçiriləcək Yay Olimpiya Oyunlarında fəxri kürsüyə yüksəlmək istəyir.

Rəhimov hazırda Yunan-Roma güləşinin liderlərindən sayılır. 24 yaşı olmasına rəğmən onun Avropa, dünya və olimpiya oyunlarında medala yiyələnib. Avropa çempionatında baş mükafatı qazanan Rəhimov Pekin olimpiadasında qızılın bir addımlığında dayanıb. Dünya çempionatında isə ciddi zədədən sonra bürünc medalı özü üçün təmin edib.

Həmin DÇ-da yunan-Roma güləşi üzrə yığmanın heyətində yer alan üç azərbaycanlı Rəhimov, Rövşən Bayramov və Fərid Mansurov müxtəlif əyarlı medallar qazanmışdılar. Gənc Rafiq Hüseynovla legionerlər Şalva Qadabadze və Denis Mişin medalsız qalmışdılar.

 

 


oxunma sayı: 346 | Paylaş:




?>