BERTİ FOQTS BÜLƏNT QORXMAZLA MƏSLƏHƏTLƏŞİB
Paylaş:
FutbolPress: Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun Premyer-Liqada çıxış edən klubların baş məşqçiləri ilə ənənəvi görüşləri davam edir. Foqts bu gün AFFA-nın inzibati binasında «Bakı» klubunun baş məşqçisi Bülənt Qorxmazla görüşüb və milli komandaya namizəd futbolçular, milli-klub münasibətləri müzakirə olunub, bu cür görüşlərinin vacibliyi vurğulanıb. Xatırladaq ki, Foqts dekabrın 5-də «Xəzər-Lənkəran» klubunun baş məşqçisi Ağasəlim Mircavadovla görüşmüşdü.
| Paylaş: