')

Bu gün:


FutbolPress.Az | ŞENOL GÜNƏŞ FATİH TƏKKƏNİ İSTƏYİR

ŞENOL GÜNƏŞ FATİH TƏKKƏNİ İSTƏYİR


oxunma sayı: 321 Paylaş:

FutbolPress: "Trabzonspor"a dördüncü dəfə baş məşqçi təyin olunan Şenol Günəşin debütün uğurlu alınıb. Dünən keçirilən qarşılaşmada "Ankaraspor" üzərində 3:0 qələbəyə baxmayaraq mütəxəssis komandasında bəzi problemlərin olduğunu bildirib: "Qələbə qazanmaq yaxşıdı. Amma bunun davamlı olması üçün heyəti formalaşdırmaq lazımdı".

Günəş bildirib ki, komandadan bəzi futbolçular göndəriləcək, əvəzinə gənclərdən ibarət heyətdən bir neçə oyunçu əsas heyətə gətiriləcək.

Baş məşqçi həmçinin bildirib ki, onun hücum xəttində problemləri aradan qaldıtması üçün mütləq Fatih Təkkə transfer olunmalıdı: "Fatih çox universal bir futbolçudu. İnanıram ki, onun transferiylə əlaqədar rus klubu ilə razılığa gələ biləcəyik".


oxunma sayı: 321 | Paylaş:




?>