')

Bu gün:


FutbolPress.Az | "CİM-BOM" ŞANSI ƏLDƏN VERDİ

"CİM-BOM" ŞANSI ƏLDƏN VERDİ


oxunma sayı: 475 Paylaş:

FutbolPress: Türkiyə Superliqasında XV tura yekun vurulub. "Beşiktaş" və "Fənərbağça" bu həftə xal itirib.
"Trabzonspor" isə Şenol Günəşin rəhbərliyi ilə qələbə qazanıb. Qara dəniz klubu evdə "Ankaragücü"nü darmadağın edib - 3:0.
"Qalatasaray" isə "Beşiktaş", "Fənərbağça" və "Bursaspor"un xal itkisindən lazımınca yararlanıb vahid lider ola bilərdi. Bunun üçün "İstanbul BB"dən 3 xal almaq lazım idi. Amma "Aslan"lar bunun öhdəsinədən gələ bilmədilər. Matçın 56-cı dəqiqəsində "Qalatasaray" hesabı açsa da, əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə "İstanbul BB" bərabərlik qolunu vurdu.
Buna baxmayaraq, Superliqada lider dəyişdi. Belə ki, "Fənərbağça" və "Beşiktaş"la xal hesabını bərabərləşdirən "Kayserispor" birinci oldu. 30 xalı olan "Qalatasaray" 4-cü, 29 xal toplayan "Bursaspor" isə 5-ci pillədədi.

Türkiyə
Superliqa
XV tur

4 dekabr
Beşiktaş - Diyarbəkirspor 0:0

5 dekabr
Kasımpaşa - Sivasspor 2:2
Qollar:
Cenk, 14. Gökhan, 49 - Erman, 24-pen. Barış, 73.

Eskişehirspor - Fənərbaxça 2:1
Qollar:
Adem Sarı, 62; 78 - Dieqo Luqano, 90.

Ankaraspor - Manisaspor -:+ (0:3)

5 dekabr
Gənclərbirliyi - Dənizlispor 2:0
Qollar
: Pektemek, 76 - Cubukcu, 90.

Qaziantepspor - Antalyaspor 1:1
Qollar:
Pereyra Souza, 34 - Ali Zitouni, 66.

Kayserispor - Bursaspor 3:0
Qollar:
Ömer Sismanoglu, 9. Makukula, 32; 55.

Trabzonspor - Ankaragücü 3:0
Qollar:
Umut Bulut, 13. Draqo Qabriç, 63. Qustavo Kolman, 87.

Qalatasaray - İstanbul BB 1:1
Qollar:
Harri Kyuell, 56 - Hasan Ali, 90+4.


oxunma sayı: 475 | Paylaş:




?>