')

Bu gün:


FutbolPress.Az | TAHİR SÜLEYMANOVUN YALANI 40 GÜN ÇƏKMƏDİ!

TAHİR SÜLEYMANOVUN YALANI 40 GÜN ÇƏKMƏDİ!


oxunma sayı: 641 Paylaş:

FutbolPress: Keçmiş FİFA dərəcəli referimiz, futbolu bilən və problemlər haqda çəkinmədən danışan biri kimi tanıdığımız Tahir Süleymanov son vaxtlar çox səhv buraxır. Onun "Neftçi"yə vitse-prezident təyin olunmasından bir neçə gün sonra mətbuata verdiyi açıqlama diqqətləri cəlb etməyə bilməzdi: "Neftçi" gələn il Avroliqa yarışlarının qrup mərhələsində oynayacaq. Bunu mən söz verirəm".

Görəsən, Süleymanov belə iddialı açıqlamasında hansı məntiqə əsaslanırdı? Bu barədə FutbolPress-in sualına cavabı belə olmuşdu: "Biz hamımız birlikdə, sizli-bizli "Neftçi"nin uğuruna dəstək olmalıyıq". Yenə bir şey hasil edə bilməmişdik və sualın çarpaz cavabını yox, arqumentini sormuşdu.

Arqument əvəzinə uzun-uzadı çıxışından da ayıdnlaşmışdı ki, Tahir bəy bu iddiasında sadəcə, komandanı motivsiyaya kökləmək məqsədi güdürmüş. Burda qeyri-peşəkarlıq nüanslarını qurdalamamaq,məsələnin üzərinə çox varmamağı məsləhət gördük və gözlədik ki, "Neftçi" çətin günlərini arxada qoysun.

Zaman keçdikcə Süleymanovla eyni vaxtda baş məşqçi postuna gələn Vaqif Sadıqovun da komandanı birmənalı olaraq sıraya "düzə" bilmədiyi müşahidə olunur. Yenə tənqidlər intensiv hal almırdı, əksəriyyət gözləyirdi ki, Süleymanovun komandanın lehinə canfəşanlığı bəhrəsini verəcək... Ta ki Tovuzda mərəkə qopanadək. Komandanın "Turan"la matçında ilk hissədən sonra gələn xəbər şok effekti yaratdı. "Neftçi" 2 top buraxmışdı. Bu məqamda apasport.az saytında oyunun nəticəsi əvvəlcədən elan olunanda isə bütün bəd gümanlar bir andaca göz önündə canlandı. Tovuzdan ötürülən informasiyada deyilirdi ki, fasilə zamanı "Turan"a təzyiqlər olub, komnda uduzmalıdı...

Qarşılaşma başa çatanda nəticəni "həzm etmək" asan deyildi. "Neftçi" üç top vurmuşdu və qalib gəlmişdi. Bunu oyunun gedişinə görə analiz edib, üstündən ötmək də olardı, ancaq "Turan"ın baş məşqçisi Nizami Sadıqovun mətbuat konfransına gəlməməsi çox şeydən xəbər verirdi. Komandanın düşərgəsində ötürülən xəbər doğrunu əks etdirirmiş: yuxarılardan gələn tapşırığa görə "Turan" həmin gün məğlub olmalıymış.

Oyundan sonra Vaqif Sadıqovun danışığından pərişan olduğu sezilirdi. Baş məşqçi komandadakı anlaşılmaz vəziyyətdən çaşbaş halda qaldığını büruzə vermək istəməsə də, bu alınmırdı. Sadıqov qısaca onu bildirdi ki, heç nə bilmir... Əgər oyunda başqa nüanslar axtarırsınızsa, bu barədə heç bir hadisəylə rastlaşmamışam, belə hal olsa belə yuxarılarda həll olunur...

Maralıdı, Süleymanov hardaydı?.. Demək olar ki, onu aramayan mətbu orqanın qalmadığını zənn etmək çətin deyil. Amma haqqında dərc olunan ən adi bir yazıya görə zəng etməyi unutmayan Tahir bəy nədənsə, bu qədər şok effektli informasiyalara izah verməyi lazım bilmirdi. Nəhayət, dünən axşam korner.az saytında Süleymanovun açıqlaması verilib. Açıqlamadan məlun olub ki, o, oyunun ilk hissəsi bitəndən sonra Bakıya qayıdıb. Niyə..? Bu suala cavab verməyibsə, deməli, məsuliyyətdən boyun qaçırır.
Suallar çoxdu. Oyunda "separat danışığın" olması barədə kifayət qədər məlumatlarımız var. Süleymanov cavab vermək istəsə...

Bəli, olanlardan bir məntiqi hasil etmək olar: "Neftçi" Avroliqa yarışlarında bu rəhbərliklə, məşqçilərlə oynaya bilməyəcək. Hazırkı rəhbərliyin xarakteristikası bizə məlumdu, yalnız komandaya motivasiya, psixoloji rifah təmin edə bilər, o da mexaniki şəkildə. Vəzifəyə gəlməyindən və iddialı açıqlamasından sonra Tovuzda Süleymanovun yalanı özünü büruzə verdi.

Ardı həm maraqlıdı, həm də maraqsız...

Xəndan ƏLİZADƏ // FutbolPress.Az


oxunma sayı: 641 | Paylaş:




?>