VÜQAR HƏŞİMOV DÜNYA KUBOKUNDA MƏĞLUB OLDU
Paylaş:
FutbolPress: Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunan şahmat üzrə Dünya Kubokunun 1/4 finalında tay-breyk oyunları keçirilib. Mötəbər yarışda ən çox irəliləyən Vüqar Həşimov yarımfinalda ukraynalı Ruslan Ponomaryovla üz-üzə gəlib. Hər iki partiyada qalib gələn ukraynalı yarımfinala adlayıb. Vüqar isə çıxışını başa vurmalı olub. Bununla da Azərbaycan üçün Dünya Kuboku başa çatıb.
| Paylaş: