AFRİKAYA GEDƏCƏK YIĞMALAR SƏBƏTLƏRƏ BÖLÜNDÜ
Paylaş:
FutbolPress: Dekabrın 4-də CAR-ın Keyptaun şəhərində 2010-cu ildə təşkil olunacaq dünya çempionatının püşkatması olacaq. Artıq komandaların yer aldıqları səbətlər müəyyənləşib. Ev sahibi CAR və dünyanın ən güclü 7 yığması birinci səbətdə qərarlaşıb. 2-ci səbətdə Asiya və Mərkəzi Amerikanı təmsil edən komandalar, eləcə də Okeaniya zonasının yeganə təmsilçisi Yeni Zelandiya yer alıb. Afrika və Cənubi Amerika yığmaları 3-cü, Avropa komandaları isə sonuncu səbətdə rəqiblərini tapacaqlar. 1-ci səbət: Braziliya, İspaniya, Hollandiya, İtaliya, Almaniya, Argentina, İngiltərə, CAR; 2-ci səbət: Avstraliya, Yaponiya, Şimali Koreya, Cənubi Koreya, Honduras, Meksika, ABŞ, Yeni Zelandiya; 3-cü səbət: Əlcəzair, Kamerun, Kot-d İvuar, Qana, Nigeriya, Çili, Paraqvay, Uruqvay; 4-cü səbət: Danimarka, Fransa, Yunanıstan, Portuqaliya, Serbiya, Slovakiya, Sloveniya, İsveçrə.
| Paylaş: