')

Bu gün:


FutbolPress.Az | "QARABAĞ" 250-Cİ YERDƏ

"QARABAĞ" 250-Cİ YERDƏ


oxunma sayı: 422 Paylaş:

FutbolPress: "Qarabağ" dünya klublarının reytinq cədvəlində daha da irəliləyib. Belə ki, ötən ay 3 qələbə qazanan komanda Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası tərəfindən açıqlanmış yeni reytinq siyahısında 13 pillə irəliləyib.

Ötən siyahıda 262-ci olan "Qarabağ" noyabrın nəticələrinə əsasən 250 klub siyahısına düşüb. Komandamız hazırda 249-cu pillədə qərarlaşıb. "Qarabağ"la eyni xal toplayan İspaniyanın "Sportinq", Braziliyanın "Santos", Fransanın "Loryan" klubları da eyni pillədə qərarlaşıb.

Ağdam klubu Rusiyanın "Spartak", Türkiyənin "Trabzonspor", İngiltərənin "Blakbörn", Fransanın "Soşo" klublarını qabaqlayır.
Bu siyahıya əvvəlki kimi "Mançester Yunayted" başçılıq edir. "Barselona"nı 3-cü sıraya göndərən "Çelsi" 2-ci yerdə qərarlaşıb. Dünyanın ən güclü 350 klubu arasında Azərbaycanı sadəcə "Qarabağ" klubu təmsil edir.


oxunma sayı: 422 | Paylaş:




?>