')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" AZARKEŞLƏRİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ

"XƏZƏR LƏNKƏRAN" AZARKEŞLƏRİ İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİ


oxunma sayı: 237 Paylaş:

"Xəzər Lənkəran"ın yeni yaradılan "Capian Ultras" Fan Qrupu prezident İlham Əlievə müraciət edib. Lənkəranlı azarkeşlər müraciətdə polis zorakılığından bezdiklərini qeyd ediblər.

Salam hörmətli Cənab Prezident!

Yazıb Sizə bildirmək istəyirik ki, 18.05.11 -ci il tarixində futbol üzrə Azərbaycan Premyer-Liqasının sonuncu turu "Neftçi" - "Xəzər Lənkəran" oyunu bitən kimi Lənkəran klubun oyunçuları öz azarkeşləri olan tribunaya yaxınlaşaraq dəstəyə görə təşəkkürlərini bildirdilər. Bu zaman 15-20 nəfər azrkeş tribunadan qaçış cığırına çıxaraq futbolçularla gucaqlaşdılar. Polis dərhal həmin azarkeşləri tribunaya qaytardı (Polisin bu addımı normal qəbul olunur). Amma nədənsə polis bununla kifayətlənməyərək tribunaya daxil olub ağsaqqaldan tutmuş 11 yaşlı yeniyetməyə kimi millətin başından və belindən polis dəyənəkləri ilə vəhşicəsinə döyərək, sürüyərək çölə qovdu. Hətda piləkəndə və artıq stadionun çölündə polisin camaata qarşı vandalizmi bitmək bilmirdi.

Nəticədə 100-ə yaxin Lənkaran azarkeşi müxtəlif bədən nahiyələrindən xəsarətlər alıb xəstəxanaya müraciyət etməli olublar. Bu hallara ilk dəfə deyil ki, məruz qalırıq və belə hallarla kimlərinsə tapşırığı nəticəsində üzləşirik.

Biz bilmək istəyirik ki, nə vaxt gəlib meydanda canlı futbola baxandan sonra xəstəxanaya yox evimizə gedə biləcəyik. Artiq bu hallar adət halını alıb. Artıq azarkeşlər meydanda canlı oyunu seyr eləməkdən cəkinir. Futbolun gözəlliyi isə azarkeşlərdir. Hazırda olan vəziyyətdə isə heç cürə Azərbaycan futbolu inkişaf edə bilməz.

"Xəzər Lənkəran" Azərbaycanda futbolunun inkişafında böyük rol oynayır. "Xəzər Lənkəran" futbol klubuna qarşı edilən haqsızlıqla, azarkeşlərimizi futboldan iyrəndirir və cənab Prezidentimizin imzaladığı 2005-2015 ci illər futbolun inkişafı proqramına zərər yetirir. Hakimlərin hər dəfə ədalətsiz oyun idarə etməsinə göz yumulur, bununla da futbol kulubunun cəkdiyi əziyət bir anda yerə vurulmuş olur. Süni yolla futbolun inkişafını qabardan bu insanlar ölkəmizin futboluna geriləməkdən başqa heç bir xeyir vermirlər. Prezidentimizə dərin hörmət və minnətdarlığımızı "Xəzər Lənkəran"ın "Caspian Ultras" fan grupu olaraq çatdırırıq. Sizdən xahiş edirik ki, bu məsələylə bağlı ciddi işlər görülsün. Biz sizin sayənizdə inkişaf etməkdə olan Azərbaycan naminə çalışır və ona xidmət edirik. Prezidentimizə və ölkəmizin vətəndaşlarına heç bir əks qüvvə mane ola bilməz.


oxunma sayı: 237 | Paylaş:




?>