')

Bu gün:


FutbolPress.Az | MAHMUD QURBANOVUN YENİ KLUBU MÜƏYYƏNLƏŞDİ

MAHMUD QURBANOVUN YENİ KLUBU MÜƏYYƏNLƏŞDİ


oxunma sayı: 195 Paylaş:

"10 MQ 400" hara gedir?

"Bakı"dan ayrılan Mahmud Qurbanov "Gəncə"yə qayıdır. Bu haqda "Gəncə"nin baş məşqçisi Mehman Allahverdiyev məlumat verib. O, Qurbanova aprelin 17-də "Bakı"nın bazasında keçirilmiş MOİK - "Gəncə" matçı vaxtı təklif ünvanladığını bildirib.

Allahverdiyevin sözlərinə görə, həmin vaxt 38 yaşlı yarımmüdafiəçi "Bakı"dakı taleyinə hələ aydınlıq gəlmədiyini söyləyib: "Mahmud mənə dedi ki, "Bakı"dan ayrılacağı halda, "Gəncə"yə keçə bilər. Biz də onun transferində maraqlıyıq. O, Gəncənin "Kəpəz" klubunun heyətində 3 dəfə çempion, 2 dəfə ölkə kubokunu qazanıb. Növbəti mövsüm üçün iddialı komanda formalaşdırmaq niyyətindəyik. Qurbanovun komandamıza faydalı olacağını düşünürəm. Amma hər şey danışıqların gedişindən asılı olacaq".

Mahmud Qurbanov da açıqlamasında belə bir variantı istisna etməyib. O, hələ "Gəncə" ilə danışıqlara başlamadığını söyləyib.

Mahmud Qurbanov Azərbaycanın ən titullu futbolçusu sayılır. O, karyerası ərzində AFFA-nın versiyasına əsasən, 10 dəfə çempion, 5 dəfə kubokunun sahibi olub. 1992-ci ildə peşəkar futbol karyerasının başlayan Mahmud 2011-ci ildə Azərbaycan çempionatlarında 400 oyun keçirən ilk futbolçu kimi qeydə alınıb.(lent.az)


oxunma sayı: 195 | Paylaş:




?>