')

Bu gün:


FutbolPress.Az | KAMAL QULİYEV ZAUR MƏMMƏDOVUN CAVABINI VERDİ

KAMAL QULİYEV ZAUR MƏMMƏDOVUN CAVABINI VERDİ


oxunma sayı: 860 Paylaş:

"Mən futbol oynayanda, futboldan danışanda Zaur Məmmədov harda idi?!"

"Tənqidə dözümü olmayanlar heç olmasa danışanda diqqətli olsunlar!"

FutbolPress: "Simurq"un prezidenti Zaur Məmmədovun qol.az saytında verilən müsahibəsində uzun illər milli komandanın şərəfini qorumuş və futbolçu bacarığıyla yanaşı insani keyfiyyətləriylə fərqlənən Kamal Quliyev haqda səsləndirdiyi fikirlər mətbuat və ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Klub rəsmisinin Quliyev haqda dediklərinə bir daha diqqət yetirək: "Ağzından süd iyi gələn uşaqlar efirə çıxır. Mən buradan bir daha həmin futbolçulara səslənirəm: axı siz kimsiniz? Hansı haqla klub prezidentinin işlərini müzakirəyə çıxarırsınız? Kamal Quliyev, sənin danışmağa mənəvi haqqın çatırmı? Sən Azərbaycan futbolu üçün nə etmisən ki, indi belə danışmağa özündə cürət tapırsan? Çox demirəm, gəl, 10 dəqiqə mənim yanımda otur, görüm mənim gördüklərimi sən də həyata keçirə bilərsənmi? Bacararsanmı bunu?".
Nəzərinizə çatdıraq ki, Kamal Quliyev Xəzər TV-nin "Futbol Saatı" verilişində bir neçə dəfə şərhçi qismində iştirak edib və tənqidi fikirlər səsləndirib. Quliyev saytımıza açıqlama verərək haqqında deyilən sözlərə münasibət bildirdi: "Mən futbolçu kimi futbolumuzda olan problemləri həmişə demişəm, indi də deyirəm. Əgər bu, kimisə narahat edirsə, münasibətini özündənrazı şəkildə bilirməkdənsə, gedib ayıblarını düzəltsə yaxşı olar!".
Quliyev onun TV-dəki çıxışına görə klub rəhbərinin ittihamını belə cavablandırdı: "Mən futbol oynayanda, futboldan danışanda Zaur Məmmədov harda idi?! Belə insanlar yalnız məsləhət verməyə yarıyırlar, amma biz tənqidlərimizi edirik ki, nəticə çıxarılsın. Tənqidə dözümü olmayanlar heç olmasa danışanda diqqətli olsunlar! Özünə hörmət qoymayanlara başqası necə hörmət qoysun?!".


oxunma sayı: 860 | Paylaş:




?>