')

Bu gün:


FutbolPress.Az | "BAKI"DA GÜCLÜ "YARPAQ TÖKÜMÜ" BAŞLADI

"BAKI"DA GÜCLÜ "YARPAQ TÖKÜMÜ" BAŞLADI


oxunma sayı: 216 Paylaş:

2010-2011-ci il mövsümünü uğursuzluqla başa vuran "Bakı"nın bosniya və herseqovinalı hücumçu Saşa Kaykutla yollarını ayırdığı haqda xəbər vermişdik. Baş məşqçi Aleksandr Starkov daha 7 futbolçunun göndərilməsi haqda qərar qəbul edib.

Bunlar yerli futbolçulardan müdafiəçi Rafael Əmirbəyov, yarımmüdafiəçi Mahmud Qurbanov, eləcə də fransalı müdafiəçi Stefan Borbikoni, ukraynalı yarımmüdafiəçi Ruslan Leviqa, mərakeşli yarımmüdafiəçi Adnan Bərəkət, braziliyalı yarımmüdafiəçi Junior Osvaldo və moldovalı hücumçu Vyaçeslav Sofronidi. Onların hamısı ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Yeni mövsümə güclü heyətlə başlamağı hədəfləyən paytaxt təmsilçisinin daha bir neçə oyunçu ilə yollarını ayıracağı gözlənilir. 


oxunma sayı: 216 | Paylaş:




?>