ƏSGƏR ABDULLAYEV «XƏZƏR LƏNKƏRAN»A APARILACAQ?
Paylaş:
FutbolPress: Əsgər Abdullayev "Olimpik-Şüvəlan"dan istefa verməsindən sonra bir neçə klubdan və aşağı yaş qrupları üzrə milli komandalardan təklif aldığını bildirib. Ancaq hələ ki istirahət etmək istədiyini bildirən məşqçi güman ki, daha yaxşı təkliflərədək gözləmək qərarındadı. Deyəsən, elə işlər də bu istiqamətdə gedir. Abdullayevin "Xəzər Lənkəran"da işləyəcəyilə bağlı informasiyalar intensivləşməkdədi. Belə ki, ultrasport.az saytı təcrübəli məşqçinin Cənub təmsilçisində işləmək şansını yüksək olduğunu xəbər verir: "«Xəzər-Lənkəran»ın işləri heç də pis getmir. Komanda son turda daha bir iddialı komandanı - paytaxtın eyniadlı komandasını böyükhesablı məğlubiyyətə düçar edib. Amma sən demə, bu da klub rəhbərliyinin, daha dəqiqi, rəhbərlikdə təmsil olunan bəzi adamların Ağasəlim Mircavadova etimadına əsas vermir. Etibarlı mənbə bildirir ki, Abdullayev lənkəranlıların sevimlisidi. Onun komandaya gətirilməsi klubla azarkeşlər arasında münasibətdə də müsbət addım ola bilər. Onu da eşitmişik ki, Əsgər Abdullayevin adının gündə bir klubla hallanması Cənub klubunun rəhbərliyinini işi bir qədər sürətləndirməyə sövq edib və yaxın günlərdə vasitəçilərin vasitəsiylə məşqçiylə fikir mübadiləsi olacaq. Ola bilər ki, ona başqa klubun xeyrinə qərar verməkdə tələsməmək tövsiyyə olunsun".
| Paylaş: