')

Bu gün:


FutbolPress.Az | ŞENOL GÜNƏŞİN "TRABZONSPOR"DA İLK QƏRARI NƏ OLDU?

ŞENOL GÜNƏŞİN "TRABZONSPOR"DA İLK QƏRARI NƏ OLDU?


oxunma sayı: 652 Paylaş:

FutbolPress: Türkiyə Superliqasının XIII turunda "Kasımpaşa"ya məğlubiyyətdən sonra "Trabzonspor"un az əvvəl istefaya göndərilmiş baş məşqçisi Huqo Brossun heyətdən kənarlaşdırdığı 5 futbolçu- Egemen Qorxmaz, Riqober Sonq, Gökhan Ünal, Toni Silva və Engin Baytar bu gün əfv olunub.

Bu qərarı, artıq "Trabzonspor"a baş məşqçi təyinatı rəsmiləşmiş Şenol günəş verib. Klubun prezidenti Sədri Şənər açıqlamasında bildirib ki, Şenol Günəşlə müqavilə imzalandıqdan sonra müzakirə etdikləri ilk problem bu olub və ümumilikdə klubun texniki heyətinin də rəyinə əsasən, cəzalandırılan futbolçular əsas heyətə qaytarılıblar:

"Kasımpaşa"ya məğlubiyyətdən sonra zəif oyuna görə heyətdən uzaqlaşdırılan futbolçular artıq məsuliyyəti öz üzərinə götürüb. Şenol günəş isə daha humanist bir qərar verərək bu futbolçuları əsas heyətlə məşqlərə dəvət etdi. Məncə, baş məşqçinin bu qərarı futbolçuların emosiyasına da müsbət təsir edəcək və bundan sonra tam məauliyyətilə oynamağa çalışacaqlar".

 


oxunma sayı: 652 | Paylaş:




?>