')

Bu gün:


FutbolPress.Az | TİKDİLƏR "TORBA" XƏQANİYLƏ NƏHAYƏT "XƏZƏR"Ə (ŞER)

TİKDİLƏR "TORBA" XƏQANİYLƏ NƏHAYƏT "XƏZƏR"Ə (ŞER)


oxunma sayı: 1327 Paylaş:

"Xəzər Lənkəran" azarkeşləri arasında fəallıq nümayiş etdirən şair azarkeşlərin müxtəlif vaxtlarda ölkə futbolunda baş verən hadisələrə münasibət bildirməsi məlumdu. "12-ci oyunçu"nun veriyi xəbərə görə, "Neftçi" haqqında ballada" şerlər silsiləsinin müəllifi Tofiq Həsənli bu dəfə "Xəzər"ə adlı şerini oxuculara təqdim edib.

"Xəzər"ə

Tanrıdan bəxş olunubdur bu səadət "Xəzər"ə .
Var otuz minlik azarkeşdə sədaqət "Xəzər"ə .
Futbola Lənkəran əhlində həvəs var candan,
Yoxdur əlbəttə azarkeş bu qədər heç yanda,
Amma düşmənləri lap çoxdur Azərbaycanda.
Bəslənir AFFA tərəfdən belə nifrət "Xəzər"ə .

Gözləmirdik bunu heç - AFFA ədalət itirə,
Çempionluq sadağaydı onu verdik FİTRƏ,
Çempion eylədi gəl "Neftçi"ni "on bir metrə"
Yoxsa qalib gələ, onda hanı cürət "Xəzər"ə .

Rednikin zəhmətini zay eləyənlərdi bular,
Özləri öz başına kül ələyənlərdi bular,
Şeytanlıq fikri ilə haqqı əyənlərdi bular,
Neyləsinlər ki, çəkir hamısı həsrət "Xəzər"ə ...

Çempion eylədi öz "Neftçi"sini AFFA dayı.
PFL də elə öz AFFA-sının oldu tayı,
"Neftçi"yə "on bir "olub AFFA-nın "on yeddi" payı...
Bu gedişlər də gətirdi özü şöhrət "Xəzər"ə .

"Neftçi"ni çempion etdikləri gəl olsa da ağ...
"İki"də lap üç ay əvvəl dedilər ki, "Qarabağ" ...
Saxta titul istəmirik varsa ədalətdə marağ...
Bu da ondan ötəri bəslərik hörmət "Xəzər"ə .

Nə deyək müftə qazanc eyləyənə olsun haram...
...Tökəcək Avropa burnundan "onun" qram-qram...
Raminə ortaq olub ortada da bircə məram ;
Tikdilər "torba" Xəqaniylə nəhayət "Xəzər"ə.

Hamıya bəllidir əsində "Xəzər"dir qalib,
Amma lazım deyil əlbəttə ki, minnət "Xəzər"ə ...


oxunma sayı: 1327 | Paylaş:




?>