')

Bu gün:


FutbolPress.Az | RAMİN MUSAYEV XAQANİ MƏMMƏDOV HAQDA NƏ DEYİB?

RAMİN MUSAYEV XAQANİ MƏMMƏDOV HAQDA NƏ DEYİB?


oxunma sayı: 673 Paylaş:

"Mən hamam suyu ilə dost qazanmıram"- deyə, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev rəhbərlik etdiyi qurumun reklamlarının kütləvi informasiya vasitələrindən çıxarılmasının səbəbini açıqlayarkən deyib. O bildirib ki, bəziləri onun bu reklam bannerləri ilə mətbuata təsirlər etdiyini düşünürlər.

Bundan başqa, Musayev AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla münasibətlərinin qaydasında olduğunu söyləyib: "Xəqani Məmmədovla mənim aramda heç bir konflikt yoxdur. Mətbuatda yazılanlar hamısı şayiədir. Bu yazıların heç bir əsası yoxdur. Bəzi insanlar ictimaiyyətdə bizə qarşı pis rəy yaratmaq istəyirlər".

Premyer Liqanın təqviminin hazırlanmasında milli komandanın baş məşqçisi Beri Foqtsla razılaşmanın olub-olmadığı barədə suala isə PFL prezidenti "Biz püşkatmadan da öncə yığmanın baş məşqçisinin proqramını tələb edirik və həmin proqramın əsasında cədvəl qururuq" - deyə cavab verib.

Ötən çempionata nisbətən Premyer Liqanın cari mövsümündə stadionlarla bağlı çatışmazlıq olmadığını bildirən Musayev yeni ildə "Olimpik-Şüvəlan" və "Bakı" klublarının öz arenalarının istifadəyə veriləcəyini vurğulayıb: "Hazırda ölkə çempionatının gərgin keçir. İlk "altılığ"a baxanda, hansı klubun çempionluğa daha yaxın olduğunu söyləmək qeyri-mümkündür. Çempionatda oyun alqı-satqısından söhbət belə gedə bilməz. Bəzi insanlar bunu başqa cür qiymətləndirirlər. Hərənin öz insafı, öz vicdanı var".

Mənbə: SİA


oxunma sayı: 673 | Paylaş:




?>