')

Bu gün:


FutbolPress.Az | İNTİZAM KOMİTƏSİNİN CƏZALARI

İNTİZAM KOMİTƏSİNİN CƏZALARI


oxunma sayı: 394 Paylaş:

FutbolPress: AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Hər həftə çempionat oyunlarından sonra yığılan və baş verən qayda pozuntularına görə cərimələr kəsən komitə bu həftə XII turunun "Bakı" - "Xəzər-Lənkəran" oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahiblərini 1000 manat cərimə edib. Görüşdən sonra təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alan Feliks Felipe Almeyda 2 oyunluq cəzalandırılıb və klub daha daha 2000 manat cəzaya məruz qalıb.

"Simurq" - "Qəbələ" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 1000 manat ödəyəcək. Matçın 52-ci dəqiqəsində azarkeşlər tərəfindən meydançaya kənar əşya atılması zaqatalalılara 2000 manata başa gəlib. Qarşılaşmanın 87-ci dəqiqəsində "Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədov aqressiv hərəkətlərinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, onun bu hərəkətinə görə klub 2000 manat ziyana düşüb. Beləliklə, Məmmədov 41 yaşlı "Qarabağ"la ev oyununu tribunadan izləməli olacaq.

 


oxunma sayı: 394 | Paylaş:




?>