')

Bu gün:


FutbolPress.Az | LUKA TONİ "FƏNƏRBAĞÇA"YA GƏLİR

LUKA TONİ "FƏNƏRBAĞÇA"YA GƏLİR


oxunma sayı: 486 Paylaş:

Lui Van Qaalın bəyənmədiyi futbolçunu "Sarı-Lacivərtlər" almaq istəyir

FutbolPress: "Bayern"in yeni baş məşqçisi Lui Van Qaal komandada köklü islahatlara başlayıb. Onun yaratmaq istədiyi komanda intizamına əməl etməyən Müller, Qomez, Oliç və Klozenin ardınca Luka Toni də komandada "arzuolunmaz şəxslər" sırasına salınıb.

Almaniya mətbuatının xəbərinə görə bu futbolçular böyük ehtimalla dövrələrarası fasilədə komandadan uzaqlaşdırılacaq. Türkiyə mətbuatı isə xəbər verir ki, "Bayern"in prezidenti Uli Hönessin də Tonini satmaq qərarında olduğu bilinincə, "Fənərbağça" italiyalı furbolçunun transferi üçün danışıqlara başlayıb.

Qonşu ölkə mətbuatının bildirdiyinə görə, "Fənərbağça"dan ayrılacağı dəqiqləşən Deyvid, Qüiza və Karlosun əvəzinə supertransfer etmək iddiasında olan "Sarı-Lacivərtlər" bu fürsəti əldən buraxmayacaq. Klubun menecerləri artıq Almaniyaya yollanıb və "Bayern"in prezidentiylə görüşüb. İlkin nəticələr istanbulluların lehinə olsa da, yekun Toninin meneceriylə danışılardan sonra bəlli olacaq.


oxunma sayı: 486 | Paylaş:




?>