')

Bu gün:


FutbolPress.Az | JABA "MUĞAN"A KEÇƏCƏK?

JABA "MUĞAN"A KEÇƏCƏK?


oxunma sayı: 492 Paylaş:

FutbolPress: "Bakı"nın yayda böyük ümidlərlə transfer etdiyi braziliyalı Silvinyo De Karvalyo (Jaba) komandadakı 4 aylıq çıxışında gözlənilən effekti vermədi.

Ümumiyyətlə, "Bakı"nın aldığı bahalı futbolçular onlara bəslənən ümidləri doğrultmadı. Amma görünür, əsas hədəfdə bahalı qiymətini doğrultmayan Jabadı. Düzdü futbolçu bir neçə oyunda komandaya vacib xalları qazandıracaq qol vura bilib.

Hərçənd onun komandada qalmayacağı bildirilir. Etibarlı mənbə xəbər verir ki, braziliyalı futbolçu heyəti yenidən qurmağı planlayan Bülənt Qorxmazın istəmədiyi futbolçulardandı. Hətta baş məşqçi komandanın oyun sxeminə uyğun gəlmədiyi üçün onu ümumiyyətlə, komandadan uzaqlaşdırmaq qərarınadı.

Məlumatlı mənbə bildirir ki, Premyer-Liqanın qış fasiləsində "Bakı"ya bir neçə yeni transfer olacaq və belə olan təqdirdə bahalı Jaba "Muğan"a icarəyə veriləcək. Verliən xəbərdə həmçinin bildirilir ki, Jabanın ümumiyyətlə, Azərbaycanı tərk etmək ehtimalı da var.


oxunma sayı: 492 | Paylaş:




?>