')

Bu gün:


FutbolPress.Az | NAZİM SÜLEYMANOV KAPİTAN SARĞISINI LAŞENKOVDAN NİYƏ ALIB?

NAZİM SÜLEYMANOV KAPİTAN SARĞISINI LAŞENKOVDAN NİYƏ ALIB?


oxunma sayı: 659 Paylaş:

FutbolPress: "Olimpik-Şüvəlan"ın yeni baş məşqçisi Nazim Süleymanov komandanın kapitanını dəyişdirib. Belə ki, indiyədək qırmızı sarğını moldovalı legioner Sergey Laşenov daşıyırdısa, bundan sonra bu nüfuz Aqil Nəbiyevdə olacaq.

Bu dəyişikliyə səbəbi Süleymanov belə açıqladı: "Kapitan sarğısının Laşenkovdan alınmasının elə bir ciddi səbəbi yoxdu. Futbolçunun özü də buna narazı deyil.

Sadəcə, komandada daha çox rəğbəti olan futbolçu kapitan olmalıdı. Məlum olub ki, əksər futbolçular Aqil Nəbiyevin komandanın kapitanı olmasına etiraz etmir. Həm də yerli futbolçu amilinin də məsələyə aidiyyatı var".


oxunma sayı: 659 | Paylaş:




?>