')

Bu gün:


FutbolPress.Az | SERENA UİLYAMSIN 82000 DOLLARLIQ KOBUDLUĞU

SERENA UİLYAMSIN 82000 DOLLARLIQ KOBUDLUĞU


oxunma sayı: 627 Paylaş:

FutbolPress: Dünyanın ən güclü qadın tennisçilərindən olan Serena Uilyams sərt cəzaya məruz qalıb. Belə ki, 28 yaşlı amerikalı idmançı "Böyük Dəbilqə" turnirində raketkasını yerə tullaması və hakimə təzyiq göstərməsinə görə 82 min ABŞ dolları cərimə ödəyəcək. Serena Açıq ABŞ çempionatın yarımfinalında belçikalı Kim Kliyterslə görüşdə əsəblərini cilovlaya bilməyib. Onu özündən çıxaran epizod setlərin hesabında 0:1 geridə qaldığı və ikinci setdə də uduzmaq üzrə (5:6) olduğu zaman baş verib. Hakim ABŞ tennisçisinin xətti tapdalayaraq, qaydaları pozması barədə qərar çıxarıb. Nəticədə Uilyams ikinci seti 5:7 hesabı ilə uduzaraq, mübarizəni erkən dayandırıb. Matçdan sonra o, hakimə çılğın etirazını bildirib, raketkasını hirslə yerə çırpıb.

Bu hərəkətlər Serenaya təkcə 82 min dollarlıq cərimə bahasına başa gəlməyib. Əgər o, yaxın 2 il ərzində eyni hərəkəti təkrarlayarsa, "Böyük Dəbilqə"dən dərhal kənarlaşdırılacaq və cərimənin məbləği 175 min dollara qalxacaq.

Xatırladaq ki, indiyədək "Böyük Dəbilqə"də ən böyük cəriməyə amerikalı Ceffri Taranqo məruz qalmışdı. O, 1990-cı ildə 48 min dollar cərimələnmişdi.

 


oxunma sayı: 627 | Paylaş:




?>