')

Bu gün:


FutbolPress.Az | 2009-un ƏN YAXŞI FUTBOLÇUSU MÜƏYYƏNLƏŞDİ

2009-un ƏN YAXŞI FUTBOLÇUSU MÜƏYYƏNLƏŞDİ


oxunma sayı: 592 Paylaş:

FutbolPress: 2009-cu il üçün Avropanın ən yaxşı futbolçusu müəyyənləşdi. Fransanın həftəlik idman nəşri olan «France Football»ın ənənəvi sorğu müsabiqəsinin qalibi "Barselona"nın argentinalı vunderkindi Lionel Messi oldu. Çempionlar Liqasının 2008-09-cu illər mövsümünün bombardiri olan 22 yaşlı Messi bu mükafata layiq görülən 6-cı argentinalıdı.

Forvardı sorğuda ötən ilin qalibi Kriştianu Ronaldonu qabaqlayıb. Üçüncü pillədə isə Messinin komanda yoldaşı Xavi qərarlaşıb.

Xatırladaq ki, bütün yığma komandaların baş məşqçiləri və futbolçularl arasında keçirilən sorğuya əsasən, müəyyələşdirilən ilin futbolçusu müsabiqəsi «France Football» dərgisi tərəfindən 1956-cı ildə təsis edilib və həmin ildən etibarən hər mövsüm Avropada çıxış edən ən yaxşı oyunçuya təqdim olunur. Qaliubə "Qızıl top" mükafatı verilir.


oxunma sayı: 592 | Paylaş:




?>