')

Bu gün:


FutbolPress.Az | Qafiyələri tordan çıxartmaq...

Qafiyələri tordan çıxartmaq...


oxunma sayı: 1484 Paylaş:

FutbolPress
qismet1986@gmail.com

Qanunlar hörümçək toruna bənzəyir. Zəiflər ilişib qalır, güclülər yırtıb çıxır (Solon)

Azərbaycan futbolu hörümçək toruna bənzəyir.Zəiflər ilişib qalır, güclülər pul verib özlərini hörümçəyə tapşırtdırır (Qismət)

Eyni havanı udan, eyni cür sevməyə və ayrılmağa vərdiş eləyən, metroların basabasında sarımsaq nəfəsli, yolların tıxacındakı maşınların sükanında qudurğan ədalı adamların maraqsız, amma eyni zamanda sevimli şəhərində yazmadan yaşamaq olmur. Allah əgər adama yazdığı qədər ömür verməyi vəd etsəydi bütün dünyada hamı yazar olmaq istəyərdi. Və yəqin ki, hamı neft kimi, yazı mövzusu da tükənməyən Azərbaycana axışardı. Bir də Allah hansısa böyük futbolçuya cəza vermək istəsə yəqin ki, onun taleyini Azərbaycan futboluyla bağlasa, kifayət edərd; cəhənnəmə heççç... ehtiyac yoxdur. Bir futbolçu üçün bir Azərbaycan klubunda oynamaq nə deməkdir,bilirsinizmi? Bilmirsinizsə deyim. Bilirsiniz? Yaxşı, onda demirəm.

Son vaxtlar Azərbaycanda qəribə şeylər baş verir. Məsələn, bütün dünyada futbolçuların "Donuz qripi"nə yoluxduğu deyilir, amma bizim futbolçular sap-sağlamdı. Səbəbini bilmirəm. Qəribə şeylərdən biri də Tahir Süleymanovun təşəbbüsü olub. Eşitdim ki, idman KİV-nin rəhbərlərini toplayıb və onlara futbol klublarının yardımı məsələsini müzakirə etməyə çalışıb. Nətəhər çalışıbsa, indi yayxanaraq qayırdığı səhnəyə tamaşa edir, çəkdiyi zəhmətin, əziyyətin bəhrəsini görür: səhnədə ən müasir "çeynənmə" və "didişmə" tamaşası gedir.
Bu səhnəyə baxanda adamın yadına SMS üzərində qurulan Azərbaycan şou-biznesi düşür- sonra SMS yarışlarının tacı olan meyxan yarışması... Qərara aldım ki, bu barədə bir şey cızmaqara edək. Azərbaycanın olmayan futbolu haqda şair dostum Vidadiylə meyxana deyişməsi:

Qafiyə tordan çıxır:

SƏNƏ QURBAN, MƏNƏ PAS AT, VIRICAM QOL OLUCEY,
ƏMİN OL, GET UZANIB YAT, VIRICAM QOL OLUCEY!

Beləliklə başladıq!

Vidadi Xalqlar:

Özümə 1000 SMS yollamışam ay bədbaxt,
Qapını görən kimi nallamışam ay bədbaxt,
Özümə "diri qələbə" tullamışam ay bədbaxt,
Oyunu öz xoşunla sat, vırıcam qol olucey
Sənə qurban, mən pas at, vırıcam qol olucey.

Qismət:

Səsivi sal içivə, çay kimi burda qaynama,
Sənə bir udar qoyum, qışqırginən de: ay mama!
Yeri get topuvu oyna, əsəblərimnən oynama,
Alnıva top ilə peçat vırıcam, qol olucey.
Sənə qurban, mənə pas at, vırıcam qol olucey.

Əziz tamaşaçılar bu qafiyə mənasız olduğu üçün keçirik ikinci tura. Amma öncə reklamlar...


NƏ QƏDƏR VIRSAN UDAR UZAĞI DİRƏKDƏN QAYIDAR,
ƏLİMDƏ GÖRDÜYÜN BU BAHALI ƏLCƏKDƏN QAYIDAR.

Vidadi: Teymur ordan lya ver! Getdik eee...

Biz qəti qaz deyilik, ona görə də yolunmuruq,
Kiməsə təmənnada, ya ricada bulunmuruq,
Biz əzəldən bəridir- müdafiə olunmuruq,
Deyirik rəqib vurar yəqin küləkdən qayıdar,
Nə qədər vırsan udar uzağı dirəkdən qayıdar....

Qismət:

Bizdə olmur heç-heçə, bizdə yalnız bir "Heç" olur,
Hücum olmur, elə bil böyük- kütləvi köç olur,
Bizdəki müdafiə taksi də tutsa, gec olur,
Amma ki, xaricilər geriyə ürəkdən qayıdar,
Nə qədər vırsan udar uzağı dirəkdən qayıdar...

Vidadi:

Yığmamız uduzmaqda əzəldən əla sayılıb,
Dədə Qorqud bizim üçün xüsusi boy ayırıb,
Oyunun ortasında qəfil Qazan xan ayılıb,-
Görüb ki, oğlu Tural yenə də çiçəkdən qayıdar,
Nə qədər vırsan udar, uzağı dirəkdən qayıdar.

Qismət:

Yeni bir hissə yazar tez Dədə Qorqud qaçaraq,
Bu oyun meydanında yepyeni sirlər açaraq,
Aruzun zərbəsindən top qanadlanıb uçaraq,
Dəyər Selcan xatuna, Bamsı Beyrəkdən qayıdar
Nə qədər vırsan udar, uzağı dirəkdən qayıdar.

(Ardı ola bilər)

Yazarın bütün yazıları

oxunma sayı: 1484 | Paylaş:




?>