')

Bu gün:


FutbolPress.Az | VAQİF SADIQOV PROBLEMİ TAPDI!

VAQİF SADIQOV PROBLEMİ TAPDI!


oxunma sayı: 390 Paylaş:

FutbolPress: Premyer-Liqanın XII turunun oyunlarından sonra baş məşqçilər ənənə üzrə oyunsonrası mətbuat konfrasında fikirlərini bildiriblər. Kemal Alispahiç "Standard"a məğlubiyyətdən sonra "Danışmağa söz tapmıram" deyib, onu məyus edən Böyükağa Haciyev "Bu, gecikmiş qələbə idi" deyərək, fikrini ifadə edib.

Ağasəlim Mircavadov "Bakı"nı böyük hesabla məğlub etməyə layiq olduqlarını bildirib, Bülənt Qorxmaz isə Mircavadovun komandasına mıubiyyətdə hakim səhvini qabardıb. Tsxadadzenin "Karvan" üzərində qələbə qazanılması haqda pafoslu çıxışının əksinə Yünis Hüseynov "Hər oyuna qələbə əzmiylə çıxırıq, amma nəsə, alınmır"- deyib.


Ən maraqlı fikirləri isə "Neftçi"nin baş məşqçisi Vaqif Sadıqov dildirib: "Oyunun çətin keçəcəyini bilirdik. Ötən turda "İnter"ə qalib gəldik. Ola bilər ki, bu qələbə futbolçularda müəyyən arxayınçılıq yaratdı. Rəqibin müdafiədə intizamlı oyunu da qələbəmizə əngəl olan səbəblərdəndir". Bəli, "Neftçi" arxayınlaşıbmış. Buna görə "Olimpik-Şüvəlan"a minnətdarlıq düşür. Çünki onlar nəhayət, "Neftçi"ni anlada biliblər ki, onlar arxayınlaşıblar...

Həmin oyunda Şüvəlan təmsilçisinə yeni təyin olunan baş məşqçi Nazim Süleymanov isə təbii ki, sevinəcəkdi: "Neftçi" kimi güclü komandaya qarşı oyunda qazanılmış xal qazanmaq sevindiricidir. Hesabdan razıyam, lakin futbolçuların fiziki durumu istədiyim kimi deyil".


oxunma sayı: 390 | Paylaş:




?>