')

Bu gün:


FutbolPress.Az | "XƏZƏR LƏNKƏRAN" BAKIDA COŞDU

"XƏZƏR LƏNKƏRAN" BAKIDA COŞDU


oxunma sayı: 372 Paylaş:

FutbolPress: Premyer Liqanın XII turuna da yekun vuruldu. Tofiq Bəhramov adına Respublika Stadionunda diqqət mərkəzində "Bakı"nın qonağı olan "Xəzər Lənkəran" idi. Cənub təmsilçisi qələbə qazanmasa "altılıq"dan çıxa bilərdi.

Əfqan Həmzəyevin hakimlik etdiyi qarşılaşmada Lənkəran komandası rəqibini gözlənilməz hesabla məğlub etdi- 0:3. Bu oyunda uzun müddət "qol orucuna" sadiq qalan İvan Svetkov iki qol vurmaqla baş məşqçi Ağasəlim Mircavadovun tərifinə səbəb olub. Uğursuzluq zolağından çıxa bilməməkdə ittiham olunan Mircavadovun komandasının Bülənt Qorxmazın komandasını belə hesabla məğlub etməsi maraqlı mövzudu.

Turun digər maraqlı oyununda "Neftçi" "Olimpik-Şüvəlan"dan xal ala bilməyib. "İnter" isə Yevlax səfərindən 3 xalla qayıdıb ki, bu da klubun liderlər mövqeyindəki yerini təmin edib.
"Standard" isə çempionatda ilk qələbəsini qazanıb. Turun digər qarşılaşmalarındakı nəticələrə rəqəmlərdə baxaq.

29 noyabr

"Bakı" - "Xəzər Lənkəran" - 0:3
Qollar: İvan Svetkov, 57 (pen); 90+3; Mario Souza, 90+1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun - 1:1

Karvan" - "İnter" - 0:2
Qollar:
Petar Zlatinov, 56; Robertas Poşkus, 85
Yevlax. Şəhər stadionu
İlk dövrədəki oyun - 0:1

"Neftçi" - "Olimpik-Şüvəlan" - 0:0
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun - 1:0

"Standard" - "Muğan" - 1:0
Qol:
Fərid Quliyev, 5
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
İlk dövrədəki oyun - 0:1


27 noyabr

"Qarabağ" - "Turan" - 2:1
Qollar:
Vüqar Nadirov, 61; 66 - Rəşid Həsənov, 38
Ağdam. Quzanlı qəsəbə stadionu
İlk dövrədəki oyun - 2:1

28 noyabr

"Simurq" - "Qəbələ" - 1:1
Qollar:
Elşən Məmmədpv, 48 - Tomaş Stolpa, 85
Zaqatala. "Simurq" stadionu
İlk dövrədəki oyun - 1:2


oxunma sayı: 372 | Paylaş:




?>