HACİYEVSKİ "BAKI"NI TƏRK ETDİ
Paylaş:
FutbolPress: "Bakı"nın cari mövsümdə bir neçə oyunda uğursuz çıxışından sonra komandanı tərk edən makedoniyali mütəxəssis Coko Haciyevski indiyədək klubda vitse-prezident vəzifəsini icra edirdi. Keçmiş baş məşqçisi Azərbaycandan birdəfəlik ayrılıb. 54 yaşlı çalışdırıcı bundan sonra Kiprin "Atromitos" klubunun baş məşqçisi olacaq. Dünən axşam saatlarında Hacievski "Bakı"nın prezidenti Hafiz Məmmədovla görüşüb. Qarşılıqlı anlaşma şəraitində paytaxt klubundan ayrılan Haciyevski bu illər ərzində Bakıda çoxlu dost tapdığını, burdakı işini karyerasının ən uğurlu dövrü saydığını deyib/ Hacievskinin müqavilə imzaladığı Kiprin "Atromitos" klubu yüksək dəstə ilə bu il vidalaşıb. Rəhbərlik elə bu il komanda qarşısında güclülər sırasına dönmək tapşırığı qoyub. Hacievski də məhz bu məqsədlə "Atromitos"a dəvət olunub. Müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
| Paylaş: