"QALATASARAY" ELANOYA QİYMƏT QOYDU
Paylaş:
FutbolPress: "Qalatasaray"ın iddialı transferlərindən biri də braziliyalı Elano idi. Amma futbolçu "Cim-Bom"da özünü tam gücüylə nümayiş etdirə bilməyib. Bu səbəbdən klub və futbolçu qarşılıqlı olaraq dövrələrarası fasilıədə yollarını ayırmaq qərarına gəlib. Elano bu barədə Türkiyə mətbuatına açıqlamasında bildirib: "Burda hər şey peşəkar səviyyədədi. Futbolun səviyyəsi arzulanan kimidi. Amma mənimki nəsə, alınmır. Düzdü, məşqçimizlə münasibətlər əladı, oyunuma və potensialıma güvəndiyini deyir, amma hələ ki komandanın uğurlarında böyük pay sahibi ola bilməmişəm deyə, özümü burada bir qədər rahat hiss eləmirəm. Bəlkə də dəyişikliyin vaxtı çatıb". "Qalatasaray" rəhbərliyi isə Elano barədə qərarını bu cür ifadə edib: "7-8 milyon avro versələr, futbolçunu satmağa razı olarıq. Komandanın hədəfi birincilikdi, rəqiblər də çox güclüdü, belə bir mübarizədə Elano formanı bərpa edə bilmirsə, istədiyi kluba keçməyə azaddı".
| Paylaş: